Xırdalanda qırılaraq yola düşən xətt bərpa edildi - Video

xirdalanda-qirilaraq-yola-dusen-xett-berpa-edildi
Oxunma sayı: 1328

“Azərişıq” əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Abşeron rayon Xırdalan şəhəri ərazisində qırılıb yerə düşmüş 0,4 KV-luq ÖİN xətt qısa zamanda bərpa edilib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada deyilir ki, hazırda ölkənin digər regionlarında olduğu kimi Abşeronda da elektrik enerjisi verilişi tam təmin edilib.

Qeyd edək ki, ötən gün axşam 22:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 0,4 KV-luq ÖİN xətt qırılaraq yola düşüb.