Xırdalanda restoranda yanğın - Fotolar+Yenilənib

xirdalanda-restoranda-yangin
Oxunma sayı: 7986

Xırdalanda restoranda yanğın olub.

“Qafqazinfo”nun məlumatına görə, yanğın axşam saatlarında başlayıb.

Belə ki, yanğın restoranın mətbəxində baş verib.

Hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib.

***

FHN Xırdalanda yerləşən restoranda baş verən yanğınla bağlı məlumat yayıb.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, ümumi sahəsi 100 m² olan restoranın mətbəxində havatəmizləyici qurğunun içərisində yağ qalıqları yanıb. 

Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.