Xırdalanda təkər tullantıları yığılan ərazidə yanğın - Yenilənib+Video

Xırdalanda təkər tullantıları yığılan ərazidə yanğın
Oxunma sayı: 2189

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın olması barədə məlumat daxil olub.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb.

Əlavə məlumat veriləcək.

***

Xırdalanda ümumi sahəsi 3600 m² olan üçmərtəbəli binanın xarici divarına vurulan alkopandan ibarət üzlük 100 m² sahədə və yol kənarında təkər tullantıları 150 m² sahədə yanıb.

"Qafqazinfo"nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.