Xırdalandakı bu görüntü ilə bağlı araşdırma aparılır - Foto

xirdalandaki-bu-goruntu-ile-bagli-arasdirma-aparilir
Oxunma sayı: 5999

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin  əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1A ünvanında “Progress-2016” MTK tərəfindən hündür mərtəbəli binanın tikintisi aparılarkən qazıntı işləri zamanı ərazidəki 5 ağacın aşdığı, 6 ağacın isə aşma təhlükəsi olduğu  müəyyən edilib.

Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev “Qafqazinfo”ya bildirib ki, araşdırma zamanı təbiətə 2100 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq.