“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya Respublika Yanıq Mərkəzindən məlumat verilib. Partlayışda ağır xəsarət alan Vidadi İsmayılov bu gün səhərə yaxın xəstəxanada vəfat edib. V. İsmayılov “Aztelekom” İstehsalat Birliyində İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis vəzifəsində çalışıb.
Qeyd edək ki, sentyabrın 8-də saat 06:30 radələrində Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.
Son xəbərlər
Son Xəbərlər