Xırdalandakı qətl hərbi təyinatlı süngü bıçağı ilə törədilib

xirdalandaki-qetl-herbi-teyinatli-sungu-bicagi-ile-toredilib
Oxunma sayı: 5009

Prokurorluq Xırdalanda baş verən qətl hadisəsi ilə bağlı açıqlama yayıb.

Abşeron rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, mayın 30-da Həsənov Sərdar Sabir oğlu qəsdən öldürülüb.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanıdığı Dünyamalıyev Vüsal Şahin oğlunun  şəxsi münasibətlər zəmnində hərbi təyinatlı süngü bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Sərdar Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vüsal Dünyamalıyev könüllü olaraq cinayət aləti olan süngü bıçağını təqdim edərək təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.