Xırdalandakı yanğın söndürüldü - Video + Yenilənib

xirdalandaki-yangin-sonduruldu
Oxunma sayı: 3115

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən sexdə yanğın olub.

"Qafqazinfo" xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın ümumi sahəsi təqribən 250 m² olan sexdə baş verib. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

***

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər nəticəsində sexdə baş vermiş yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın qısa müddət ərzində söndürülüb.