Xırdalanın bir hissəsinə suyun verilməsi dayandırıldı

xirdalanin-bir-hissesine-suyun-verilmesi-dayandirildi
Oxunma sayı: 1378

Su kəmərində baş vermiş qəza ilə əlaqədar Xırdalan şəhərinin bir hissəsinə (kənd Xırdalan adlanan hissə və ona yaxın ərazilər) içməli suyun verilişində fasilə yaranıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin məlumatında deyilir. 

Bildirilir ki, həmin əraziyə suyun verilişi sabah günorta saatlarına qədər dayandırılacaq.