Xırdalanın bu hissələrində su olmayacaq

xirdalanin-bu-hisselerinde-su-olmayacaq
Oxunma sayı: 1250

Xırdalan şəhərində yeni çəkilmiş içməli su şəbəkəsinə birləşmələrin verilməsi və köhnə xətlərin ləğvi ilə əlaqədar yanvarın 31-də gün ərzində şəhərin 26-cı məhəlləsinə və Quşçuluq massivi adlanan ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Bu barədə “Qafqazinfo”ya “Azərsu” ASC-dən daxil olan məlumatda bildirilib.