Xızı polisi şəhid ailələrinə qurban sovqatı payladı - Fotolar

xizi-polisi-sehid-ailelerine-qurban-sovqati-payladi
Oxunma sayı: 1809

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı münasibətilə rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən xəbərə görə, polis əməkdaşları şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə  müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları verib, onları təbrik edib, problemləri ilə maraqlanıblar.

Görüşdə Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbə əzmi barədə danışılıb, şəhidlərimizin əziz xatirəsi yad edilib.

Köməklik edilən ailələr göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.