Xızıda Heydər Əliyev Mərkəzi açıldı- - Fotolar+Yenilənir

xizida-heyder-eliyev-merkezi-acildi-
Oxunma sayı: 1672


“Qafqazinfo” xəbər verir ki, mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar toplanıb.

Mərkəzin tikintisinə 2013-cü ilin aprelində başlanıb. Mərkəzdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili də nəzərdə tutulur. Burada sərgi salonu, kafe, istirahət və digər yardımçı otaqlar var. Açıq sərgi salonunda maraqlı rəsm nümunələri sərgilənir. Mərkəzdə elektron kitabxana, kulinariya, xalq sənətkarlığı emalatxanası, musiqi və heykəltəraşlıq dərnəkləri fəaliyyət göstərəcək. 

Mərkəzə gələnlər 3D kino zalından, pnevmatik tir zallarından istifadə edə bilərlər.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

***

Bu gün prezident İlham Əliyev həmçinin Xızı Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub.

Binanın inşasına 2013-cü ilin aprelində başlanılıb və bu ilin iyulunda başa çatdırılıb. Foyedə Heydər Əliyevin büstü qoyulub.

Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Burada müasir idarəetmə metodlarından istifadə etmək üçün texniki imkanlar yaradılıb. Operativ idarəetmə otağı vasitəsilə sakinlər inzibati binaya gəlmədən onları narahat edən problemlərlə əlaqədar icra hakimiyyətinin məsul şəxsləri ilə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun bütün icra nümayəndəlikləri şəbəkəyə qoşulub. Akt zalında tədbirləri yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb. Binada kitabxana, iclas və konfrans zalları, inzibati və digər otaqlar var.

***

İlham Əliyev Xızıya səfəri çərçivəsində Cəfər Cabbarlı parkında yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

O, Cəfər Cabbarlının parkda ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.

Prezidentə parkda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib. Ümumi sahəsi 5800 kvadratmetr olan parkda sakinlərin istirahəti üçün şərait yaradılıb, geniş yaşıllıq zolağı salınıb. 

***

Prezident İlham Əliyev Xızı şəhərində inşa edilmiş 25 fərdi evdə yaradılan şəraitlə tanış olub.

Xızı şəhərində müxtəlif təbii proseslər zamanı 25 fərdi ev qəzalı vəziyyətə düşmüşdü. Həmin evlərin sahibləri üçün dövlət vəsaiti hesabına yeni evlər inşa olunub. 

Bu yeni massivin sakinlərinin əvvəlki evləri rayonda müxtəlif illərdə baş vermiş ekzogen proseslər, o cümlədən qeyri-normal yağıntı, torpaq sürüşməsi, çökmə nəticəsində yaşayış üçün yarasız vəziyyətə düşüb. Dördotaqlı evlərin hər birinin 7 sot həyətyanı torpaq sahəsi var. Yeni massiv bütün infrastrukturla təchiz edilib. Ərazidə geniş abadlıq işləri görülüb, istirahət guşəsi və uşaq əyləncə meydançası yaradılıb.