Xızıda meşə yanır -

xizida-mese-yanir-
Oxunma sayı: 721


“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xızı rayonunda dağlıq ərazidə sıx kol-kos və meşə ərazisinin bir hissəsində yanğın hadisəsi baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Aviasiya Dəstəsinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

“Qafqazinfo”