Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xızı rayonu ərazisində birgə əməliyyat keçiriblər.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Sitalçay kəndi ərazisində S.Səlimova məxsus “VAZ-21043” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan və qida üçün yararlığı şübhə doğuran 110 ədəd diri toyuq aşkar edilərək götürülüb və yoxlanılması üçün Quba regional laboratoriyasına təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər