Xızıda silahlı dava olub - Foto

xizida-silahli-dava-olub
Oxunma sayı: 2661

Sentyabr ayının 19-da Xızı Rayon Polis Şöbəsinə rayonun Altıağac qəsəbə Rauf Fərzəliyevə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub. 

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisənin baş verdiyi əraziyə yollanıblar. 

Məlum olub ki, qəsəbə sakini Rauf Fərzəliyev şəxsi münasibətlər zəminində "Borawing" markalı silahla bir dəfə Vahid Əhmədova atəş açıb. Atəş zamanı xəsarət alan olmayıb. Daha sonra isə V.Əhmədov əlində olan bıçaqla R.Fərzəliyevə xəsarət yetirib. 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.