Xızıdakı qəzada 2 qadın öldü

xizidaki-qezada-2-qadin-oldu
Oxunma sayı: 1626

Xızı rayonunun Giləzi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza noyabrın 17-də saat 20 radələrində qeydə alınıb. 

Kənd sakini R.Rəhimovun idarə etdiyi “KamAZ” və Xaçmaz rayon sakini H.Salamovun idarə etdiyi “VAZ-21010” markalı avtomobillər toqquşub.

Nəticədə H.Salamov və sərnişinləri - Gülnaz Salamova və Oksana Əliyeva xəstəxanaya yerləşdirilmiş G.Salamova və O.Əliyeva orada ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.