Xızıya atılan raket “S-300” imiş

xiziya-atilan-raket-s-300-imis
Oxunma sayı: 7729

“Bu gün saat 13.00 radələrində Xızı rayonu ərazisinə partlayış səsinin eşidilməsi və S-300 raketinin qalıqlarının düşdüyü barədə məlumat daxil olub. ANAMA-nın xüsusi mobil əməliyyat qrupu hadisə yerinə gedib və Sitalçay ərazisində “S-300” raketinin qalıqları aşkarlanıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, hazırda raketin hissələrinin götürülməsi həyata keçirilir: 

“Raket Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulub. Bu raket 300 km radiusda hədəfləri aşkarlama qabiliyyətinə malikdir. İndi qeyd olunan bu raketin 250-280 km məsafədə uçuş qabiliyyətinə malik olması müəyyənləşdirilib. Hazırda əməkdaşlarımız tərəfindən raketin hissələrinin ərazidən götürülməsi həyata keçirilir. Raket vurulan zaman xəsarət alan olmayıb”.

Gülnar Əliyeva