Xocalı aeroportunun ilk sərnişinləri

xocali-aeroportunun-ilk-sernisinleri
Oxunma sayı: 647

Qondarma Dağlıq Qarabağ Respublikasının rəsmisi David Balayan həmsədrlərə belə bir təkliflə müraciət etdiklərini deyib. Ermənistanın mudafiə naziri Seyran Ohanyan isə Xocalı hava limanından uçan təyyarələrin ölkəsinin hərbi hava güvvələri və hava hücumundan müdafiə sistemləri tərəfindən qorunacağını bildirib.

Beynəlxalq ekspertlər Ermənistanın bu addımını qanunsuz hesab edirlər. Bununla belə Mərkəzi Asiya və Qafqaz İnstitutunun Təhqiqatlar üzrə direktoru Svante Kornel Xocalı aeroportu ilə Şimali Kipr hava limanı arasında müqayisə aparır: “Son 40 il ərzində Şimali Kiprə 1 dənə də beynəlxalq uçuş həyata keçirilməyib. Ora uçmaq üçün yeqanə yol Türkiyədən keçir”.

Qeyd edək ki, tanınmayan Şimali Kiprin Ercan hava limanının beynəlxalq hava nəqliyyatı assosiasiyası və mülki aviasiya təşkilatlarının yanında rəsmi statusu yoxdur. Ercan hava limanına reallaşan beynəlxalq uçuşlar ilk növbədə Türkiyənin hava limanlarının birində müvəqqəti eniş etməlidir. Hətta 2006-cı ildə Türkiyə höküməti Ercan aeroportundan birbaşa beynəlxalq uçuşlar etmək üçün məsələ qaldırmışdır. Hava limanının genişləndirilməsi ilə bağlı hazırda danışıqlar gedir. Buna əsasən yeni uçuş sahəsinin, perron və terminalın inşası gözlənilir. Bu öz növbəsində təyyarələrin gəbulunu iki dəfə artıracaq.

Ermənistanın istifadəyə verməyə çalışdığı Xocalı aeroportuna gəldikdə isə rəsmi Bakı burdan uçuşlara yol verilməyəcəyini söyləyir. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib. /musavat.com/