Xocalı Bərdədə anılıb

xocali-berdede-anilib
Oxunma sayı: 688

Bərdə İdarəetmə və Texnologiya kollecində Bərdə rayon Gənclər və İdman İdarəsinin və kollecin tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı, rayonun fəal gənclərinin və tələbələrin iştirakı ilə ”26 fevral – Xocalı soyqırımı”nın 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, kollecin metodisti Xosrov Musayev rayonun təhsil və mədəniyyət müəssisələrində soyqırımı ilə əlaqədar yığıncaqlar, disputlar, konfranslar keçiriləcəyini deyib. Qarabağ müharibəsi veteranları,əlilləri və şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Etibar Hüseynov çıxış edərək Respublikada şəhidlərin xatirəsinə, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan danışıb. O,Xocalı faciəsinin dəhşədlərindən danışaraq bu faciənin həm Azərbaycanın igid oğul və qızlarının qəhrəmanlıq,torpağa bağlılıq səlnaməsi olduğunu vurğulayıb.

Bərdə rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Yusif Musayev çıxış edərək erməni xislətindən, günahsız insanlara qarşı həyata keçirilən vəhşiliklərdən söz açaraq Xocalı faciəsinin tanıdılması istiqamətində müsbət tendensiyadan danışıb və bildirib ki faciənin dünyada daha geniş miqyasda tanıdılması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini də surətləndirə bilər.