“Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycandan olan millət vəkilləri Qənirə Paşayeva, Arif Rəhimzadə, Rüstəm Xəlilov, Səidə Ekmen başda olmaqla Türkiyə Vəkillər Kollegiyasının idarə heyətinin üzvləri və həmin qurumun çox sayda üzvü, Türkiyə Konstitusiya Məhkəməsinin sabiq sədri Yekta Güngör Özden, Türkiyənin çox sayda QHT-lərinin rəhbərləri və təmsilçiləri, elm xadimi və ekspertlər, müxtəlif siyasi partiyaların nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər və KİV nümayəndələri iştirak ediblər.
Konfrans Xocalı Soyqırımı ilə bağlı türk dilində hazırlanmış sənədli filmin nümayişi ilə başlayıb.
Xocalı Soyqırımı barədə danışan millət vəkili Qənirə Paşayeva Xocalı bir qətliam deyil, əsl soyqırım olduğunu deyib. Xocalı Soyqırımını müasir dünyanın utanc mənbəyi adlandıran Q.Paşayeva deyib ki, dünya Xocalıda azərbaycanlılara, türk insanına qarşı olmaqla bərabər, insanlığa qarşı edilən cinayət olan bu soyqırımı törədənlərin ədalət qarşısında cavab vermələri üçün ciddi bir addım atmayıb. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələri Ermənistan yerinə yetirmədiyi üçün, 1 milyon insan hələ də evinə dönə bilmir. "Bu soyqırımı törədənlər ədalət qarşısında hələ də cavab verməyiblər. Hamısı Ermənistandadırlar. O səbəbdən biz Xocalı Soyqırımının daha çox tanıdılması, onu törədənlərin ədalət qarşısında cavab vermələri üçün çalışmalarımızı Azərbaycan, Türkiyə və bütün türk dünyası olaraq daha da sürətləndirməliyik. Ermənistan bu soyqırımı törədərkən onu türk millətinə qarşı törədib. Ona görə də harada doğulmasından, harada böyüməsindən asılı olmayaraq hər bir türk insanı bu soyqırımın dünyaya tanıdılmasında daha fəal olmalıdır”
Son xəbərlər
Son Xəbərlər