“Xocalı faciəsi ötən əsrin ən böyük kədəridir”

xocali-faciesi-oten-esrin-en-boyuk-kederidir
Oxunma sayı: 646

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Xocalı faciəsi abidəsini ziyarət edib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, səfir jurnalistlərə açıqlamasında bildirib ki, şəhidləri anmaq üçün Azərbaycandakı türk toplumları nümayəndələri ilə abidəni ziyarət ediblər:

"Xocalı faciəsi dünyanın 20-ci əsrdə gördüyü ən böyük kədəridir. Tarixə qara gecə adı ilə düşən gündən keçən 28 il keçməsinə baxmayaraq hələ də bu faciənin səbəbkarlarının ədalət qarşısında mühakimə olunmaması çox böyük bir əksiklikdir. Hər zaman olduğu kimi açıq bildirirəm ki, bu faciənin səbəbkarları cəzasını almadan bu məsələ bağlanmayacaq. Biz Türkiyə Respublikası olaraq, həmişə olduğu kimi Azərbaycanın bu çətin günündəmdə yanındayıq. Biz bir millət, iki dövlətik. Bir daha Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirik".