“Xocalı ikonu” sənədli filmini təqdim edildi - Video

xocali-ikonu-senedli-filmini-teqdim-edildi
Oxunma sayı: 1925

“Xocalıya ədalət” kampaniyası “Xocalı ikonu” qısametrajlı sənədli filmini təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, film Xocalıda öldürülən naməlum 5 yaşlı qızın hekayəsindən bəhs edir.

“Xocalı ikonu” kimi tanınan qız 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilən 63 uşaqdan biridir.

O, ailəsi ilə birlikdə qətlə yetirilib və onun kimliyini müəyyən etmək mümkün olmayıb.