“Xocalı qətliamı çox böyük haqsızlıqdır” - Alman publisist

xocali-qetliami-cox-boyuk-haqsizliqdir-alman-publisist
Oxunma sayı: 852

“Xocalı qətliamı çox böyük haqsızlıqdır. Ancaq bu soyqırım Avropaya məlum deyil. Bu səbəbdən də mən Ümümavropa Qarabağ mitinqində iştirak edirəm və istəyirəm ki, bizim ölkə də bu haqsızlığı bilsin”.

“Qafqazinfo” xəbər verir ki, bunu alman publisist və tərcüməçi Mattias Volf Diaspor TV-yə müsahibəsində deyib. 

Qeyd edək ki, M. Volf Azərbaycan dilində təmiz danışıb yaza bilir. O, eyni zamanda ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi də öyrənir.