“Xocalı qətliamı etnik təmizləmə siyasətinin tərkib hissəsi olub”

xocali-qetliami-etnik-temizleme-siyasetinin-terkib-hissesi-olub
Oxunma sayı: 1300

“Ermənistan tərəfindən Xocalıda törədilmiş qanlı qətliam uzun müddət ərzində Azərbaycan xalqına qarşı aparılan irqi ayrıseçkilik, etnik təmizləmə siyasətinin tərkib hissəsi olub”.

“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

“Xocalı qətliamı baş verməmişdən əvvəl digər yaşayış məntəqələrimiz dağıdılmış, insanlar öldürülmüş, etnik təmizləmə həyata keçirilib. 1991-ci ilin oktyabrından etibarən Xocalı demək olar mühasirədə idi. Artıq bütün dünya bu dəhşətli statistikadan xəbərdardır. Bir gecədə 613 nəfər amansızlıqla qətlə yetirilib. Bu qanlı tarix Azərbaycanın müasir tarixinin ən faciəli günlərindən biridir”, - nazir əlavə edib.