Xocalı qurbanları 1 dəqiqəlik sükutla anıldı

xocali-qurbanlari-1-deqiqelik-sukutla-anildi
Oxunma sayı: 1334

Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ölkə ərazisində saat 17:00-da piyadalarla yanaşı, avtomobillər də hərəkətini dayandırıb siqnallar verərək faciə qurbanlarının xatirəsini anıblar.