Qazaxıstanın tanınmış elm xadimi, fəlsəfə elmləri doktoru, professor, keçmiş senator Qarifolla Esim Xocalıda baş verənləri bəşəriyyətə qarşı cinayət adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, o, faciə günahkarlarının, təşkilatçılarının və icraçılarının layiqli cəzalarını alacaqlarını vurğulayıb, şəhidlərin qanının yerdə qalmayacağını, onların əziz xatirəsinin həmişə yad ediləcəyini bildirib.
Qazaxıstanın paytaxtı Astanada Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimində çıxış edən alim ermənilərin bir gecədə yüzlərlə günahsız insanı - qocaları, qadınları, uşaqları qətlə yetirməsini, meyitlərin üzərində xüsusi vəhşiliklər törətməsini ürək ağrısı ilə qeyd edib.
Qeyd edək ki, tədbirdə Astanada fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri, hərbi atteşelər “Xocalıya ədalət” adlı filmin nümayişindən sonra XX əsrin ən qanlı cinayətinin unudulmayacağını dönə-dönə vurğulayıblar.
Son xəbərlər
Son Xəbərlər