Ombudmsman Səbinə Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Xocalı şahidi" adlı film hazırlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Bildirilib ki, filmdə Xocalıda 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə törədilmiş kütləvi qırğın, mülki əhalinin soyqırım zamanı və girovluqda məruz qaldıqları işgəncələr, onların itkin düşmüş yaxınları barədə məlumatlar faktlar əsasında təqdim olunmaqla yanaşı, Ombudsmanın bu soyqırım cinayətinə hüquqi qiymət verilməsi barədə dünya ictimaiyyətinə çağırışı da yer alıb.
Son xəbərlər
Son Xəbərlər