Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə...

xocali-sahidi-ermenistan-muttehim-kursusunde
Oxunma sayı: 1212


Kitab təqdimatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli faciəsi – 1992-ci ildə törədilmiş Xocalı qırğınının qurbanlarının əziz xatirəsinə həsr olunub.

“Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabının tərtibçi həmredaktoru Ian Peart çıxışında bildirib ki, kitab Xocalı faciəsi haqqında Qərbdə ingilis dilində nəşr edilən ilk müstəqil nəşrdir. 2014-cü ilin Londonun “İTHACA PRESS” nəşriyyatında ilk dəfə işıq üzü görən sözügedən kitabda Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümükündür.

İ.Peart qeyd edib ki, kitabın nəşri “Xocalıya ədalət !” kampaniyasının missiyasının həyata keçirilməsi işinə beynəlxalq dəstək olmuşdur. “Xocalıya ədalət !” kampaniyası çərçivəsində kitab rus və türk dillərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ön sözü ilə nəşr edilib. “Ön söz”də kitabın türk və rus dillərinə tərcüməsi yüksək qiymətləndirilir və onun oxucularının “Xocalıya ədalət!” kampaniyasına hərtərəfli dəstək verəcəyinə ümid ifadə olunur.

Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və sələhiyyətli səfiri Tahir Tağızadə qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində baş verənlərə görə mənəvi, hərbi və hüquqi məsuliyyət daşıyan insanlar var. Onlar məsuliyyətə cəlb olunmadıqca gələcəkdə eyni halların təkrarlanmayacağına dair təminatımız yoxdur. Diplomat Xocalıda baş verənlərı son illər Azərbaycan xalqının üzləşdiyi faciəvi hadisələrin uzun siyahısında miqyasına görə ən dəhşətli qırğın kimi dəyərləndirdirib.