“Qafqazinfo”nun məlumatına görə, günün ilk dərsləri məhz “Xocalı soyqırımı” qurbanlarının xatirəsinə həsr edilib. Liseyin müəllimləri açıq dərs zamanı Xocalıda törədilən erməni vəhşiliyi və bunun dəhşətləri barədə şagirdlərə tarixi faktlarla geniş məlumat veriblər. Bundan başqa, dərs zamanı monitor vasitəsilə “Xocalı soyqırımı” ilə baglı videoçarx təqdim olunub. Şagirdlər 1992-ci ilin 26 fevralında Xocalıda baş verənlər haqda bir daha məlumatlanıblar.
Qeyd edək ki, “Zirvə” liseyinin foyesində “Xocalı soyqırımı” ilə bağlı stend düzəldilmiş, sinif otaqlarının qapılarının üstünə ermənilər tərəfindən zəbt edilən rayonlarımızın işğal tarixlərini özündə əks etdirən materiallar asılıb.
Son xəbərlər
Son Xəbərlər