Xocalı soyqırımına aid daha bir kitab nəşr edildi

xocali-soyqirimina-aid-daha-bir-kitab-nesr-edildi
Oxunma sayı: 3855


“Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan, İngilis, Rus, Alman, Fransız və Ərəb dillərində nəşr edilən kitabın ideya müəllifi Azad Əhəd, elmi məsləhətçisi f.e.d. Rəna Mirzazadə, rəyçiləri Anar Nağıyev və Zaur Qəriboğludur. Məlumdur ki,keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində qalması tarixin ibrət dərsidir. Azərbaycanın müasir tarixində də unudulması mümkün olmayan, bütövlükdə xalqın şüuruna dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman xalqın qan yaddaşından silinməyəcəkdir. 

Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan dəhşətli hadisələrdəndir. Xocalı faciəsini təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı vəhşilik kimi qiymətləndirdilər. Məhz adı çəkilən kitab bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, hüquqi baxımdan soyqırım kimi qəbul edilməsi, soyqırım faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi istifadə edilməsi, soyqırımda əsas təşkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması və sair məsələləri özündə əks etdirir. Kitabda beynəlxalq hüquq müstəvisində Xocalı soyqırımına verilmiş hüquqi-siyasi qiymət təhlil edilib.