“Xocalıda dinc sakinlərə qarşı qətliamı lənətləyirik”

xocalida-dinc-sakinlere-qarsi-qetliami-lenetleyirik
Oxunma sayı: 818

“1992-ci il 26 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc mülki sakinlərə qarşı törədilən qətliamı lənətləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“O gün yaşanan vəhşət bəşəriyyət tarixinə qara ləkə olaraq həkk olub. Xocalıda öldürülən 613 bacı-qardaşlarımız və o gün yaralanan, əsir götürülən və yaxud itkin düşən azərbaycanlıların kədəri hələ də ürəyimizdədir. Xocalı soyqırımında həlak olanlara Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı veririk”, - deyə məlumatda qeyd olunub.