Xocalıda qəza oldu, ölən var

xocalida-qeza-oldu-olen-var
Oxunma sayı: 2938

Xocalı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Qafqazinfo"ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Laçın rayon sakini 1987-ci il təvəllüdlü Xəndan Teymurov "HOVO" markalı yük avtomobili ilə Şuşa şəhəri istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.