“Xocalıda soyqırımı cinayəti törədilib” - Baxçalı

xocalida-soyqirimi-cinayeti-toredilib
Oxunma sayı: 1362

“Xocalı hələ sağalmayan yaradır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı partiyasının Türkiyə Böyük Millət Məclisindəki (TBMM) toplantısında deyib.

“7 min əhalisi olan Xocalıda soyqırımı cinayəti törədilib. 613 soydaşımız şəhid edilib, digərləri öz doğma yerlərindən didərgin salınıb”, - deyə Baxçalı söyləyib.