“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, Xocalıdan və digər işğal altında olan ərazilərdənGəncədə məskunlaşmış qaçqın və məcburi köçkün ailələri, ictimaiyyətnümayəndələri iştirak ediblər. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək bildirib ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından 23 il keçir. Fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin MDB-nin Xankəndində yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı Soyqırımı və ermənilərin məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb. Tədbir iştirakçıları daha sonra Xocalı faciəsini əks etdirən kitablara və rəsm sərgisinə baxıblar. Gəncə alimləri tərəfindən hazırlanmış Xocalı qətliamından bəhs edən yeni kitablar hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Xocalı sakinləri ilə səmimi söhbət edib, onların arzu və təkliflərini dinləyib, mövcud problemlərin aradan qaldırılması üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib. Sonda Xocalı qurbanlarının xatirəsini yad etmək üçün ehsan süfrələri açılıb, onların ruhuna dualar oxunub.
Son xəbərlər
Son Xəbərlər