““Xocalı”nı ərini itirən Azərbaycan qadınının timsalında yaşamışam”

xocalini-erini-itiren-azerbaycan-qadininin-timsalinda-yasamisam
Oxunma sayı: 1149

 

"Qafqazinfo" publika.az-a istinadən xəbər verir ki, xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası  Məleykə Əsədova Xocalı faciəsinə həsr olunmuş filmdə keçirdiyi ağır təəssüratdan danışdı: “Xocalı faciəsini özündə əks etdirən “Qırmızı qar” adlı filmdə çəkildim. Xalq artisti mərahim Fərzəlibəyovun lentə aldığı həmin filmdə bir ananın yaşantıları əks olunub. Uşağını qucağına alıb qarlı gecədə canını qurtarmağa çalışan ana ərini itirir, uşağını qucağında boğur. Venasını kəsir ki, ermənilərə əsir düşməsin. Mən o ananın faciəsini bütün varlığımla yaşadım”.

Aktrisa onu da qeyd etdi ki, bu cür filmlərin sayı çox olmalıdır: “Biz mükəmməl filmlər çəkib dünyaya çıxarmalıyıq ki, beynəlxalq aləmdə faciəmizi öz gözləri ilə görsünlər”.