Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu kampaniyaya dəstək məqsədilə Qaradağ rayon gəncləri fevral ayından etibarən Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Хоcаlı fаciəsinin 23-cü ildönümü ilə bağlı beynəlxalq təşkilatların, aparıcı dövlətlərin parlament üzvlərinin, nüfuzlu media nümayəndələrinin elektron poçtlarınə Xocalı soyqırımı haqqında məlumatların göndərilməsi aksiyasına start veriblər. Aksiya çərçivəsində Xocalı soyqırımının dəhşətli nəticələrini özündə əks etdirən məlumatlar 3 dildə hazırlanaraq göndərilir.
Bu beynəlxalq təbliğat-təşviqat kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər