Xocavənddə baş verən yanğın söndürüldü - Video

xocavendde-bas-veren-yangin-sonduruldu
Oxunma sayı: 1839

Xocavənddə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, yanğın rayonun Günəşli kəndi istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazidə baş verib. Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın söndürülüb. Ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri iştirak edib.