Xocavənddə tank mərmiləri aşkar edildi - Foto

Xocavənddə tank mərmiləri aşkar edildi
Oxunma sayı: 847

İşğaldan azad edilmiş Xocavənd rayonunda xeyli sayda tank mərmisi aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayonun Məmməddərə kəndi ərazisində keçirdikləri tədbir zamanı erməni hərbi qüvvələrinə məxsus döyüş sursatı aşkar edilib.

Aşkar edilən 71 ədəd qəlpəli tank mərmisi və onlara aid 64 ədəd partladıcı aidiyyəti üzrə təhvil verilib.