Xocavəndə qanunsuz keçmək istəyən 9 nəfər saxlanıldı

Xocavəndə qanunsuz keçmək istəyən 9 nəfər saxlanıldı
Oxunma sayı: 1259

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisinə qanunsuz keçmək istəyən 9 nəfəri saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Dolanlar kəndi ərazisində 9 nəfər saxlanılıb. Yoxlamalar zamanı həmin şəxslərin rayon ərazisinə daxil olmaq üçün müvafiq icazələrinin olmadığı və buraya metal qalıqları yığmaq üçün gəldikləri müəyyən edilib.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlarımıza işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq.