Xokkeyçilər sabah ikinci dövrəyə başlayırlar

Xokkeyçilər sabah ikinci dövrəyə başlayırlar
Oxunma sayı: 319

Azerisport.az xəbər verir ki, noyabrın 5-dək davam edəcək ölkə birinciliyində ilk olaraq yüksək dəstədə yarışan kişilərdən ibarət komandalar mübarizəyə qoşulacaq.

Bir gün sonra-bazar günü Masallı Oimpiya- İdman kompleksində yarışan ikinci dəstə klubları meydana çıxacaqlar. Bakıda isə həmin gün qadınların oyunları baş tutacaq. Kişilərin yarışında"Akkord" komandası yüksək dəstədə çempion olmağa çox yaxındı. Baş məşqçi Feyzulla Rəhimbəyovun yetirmələri bu mövsümdə də qızıl medalları qazanmağa iddialıdırlar. Ötən ilki çempionumuzun topldığı 18 xalı onun ən yaxın rəqibləri - "Atasport" və "Şahdağ"(Qusar) klubları birgə toplayıblar. Qadınların mübarizəsində "Bakı" "Atasport" klubunu 3 xal geridə qoyur və çempionluq da məhz bu 2 komanda arasındakı oyunda müəyyənləşəcək. Çempionatın I dövrəsindən sonrakı yarış cədvəlinə diqqət yetirdikdə qarşıdakı prinsipial məsələlər barədə müəyyən təsəvvür əldə etmək olar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi