Xoruz adam öldürdü

Xoruz adam öldürdü
Oxunma sayı: 2737

Hindistanda xoruz döyüşü insan ölümü ilə nəticələnib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Andhra Pradeş əyalətinin Praqadavaram kəndində baş verib.

Belə ki, döyüşdə rəqibinə daha böyük zərər verməsi üçün ayağına bıçaq bağlanan xoruz hədəf dəyişdirərək insan kütləsinin içinə girib. Bu vaxt azarkeşlər arasında olan 55 yaşlı kişi qarnından yaralanaraq hadisə yerində ölüb.

Qeyd edək ki, Hindistanda xoruz döyüşü qanunla qadağan edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi