Xorvatiya DÇ-2018-də ikinci dəfə penaltilərdən mərhələ adlayan komanda olub.
“Qafqazinfo” xəbər verir ki, onlar əvvəlcə Danimarkanı 1/8 də, sonra isə Rusiyanı ¼-də 11 metrlik zərbələrlə mübarizədən kənarlaşdırdılar.
Bununla da xorvatlar dünya futbol tarixində mundiallarda iki dəfə ardıcıl penaltilərlə mərhələ adlayan ikinci komanda oldu.
Bunu yalnız 1990-cı ildə Argentina bacarmışdı. Onlar Yuqoslaviya və İtaliyanı penaltilərlə məğlub etmişdilər.
Son xəbərlər
Son Xəbərlər