Xorvatiya - İspaniya matçının ən yaxşısı - Foto

xorvatiya-ispaniya-matcinin-en-yaxsisi
Oxunma sayı: 1555

Avro-2020-nin 1/8 final mərhələsində keçirilmiş Xorvatiya – İspaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, İspaniya yığmasının kapitanı Serxio Buskets bu görüşün ən yaxşısı seçilib.

120 dəqiqəlik matçın 101-ci dəqiqəsində əvəzlənən 32 yaşlı yarımmüdafiəçi baxımlı oyunu ilə seçilib.

Qeyd edək ki, İspaniya millisi Xorvatiyanı 5:3 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.