Xorvatiya mətbuatı ölkə çempionatının 9-cu turdan təxirə salınan “Hayduk” - “Dinamo” (1:0) matçının futbolçularına qiymət verib.
“Qafqazinfo” xəbər verir ki, “Sportske novosti” portalı hər iki komandanın futbolçularını qiymətləndirərkən Mahir Emreliyə 6 bal verib.
Millimizin forvardı ilə yanaşı “Dinamo”dan daha 6 nəfər eyni balla qiymətləndirilib. Lakin dünənki matçda Zaqreb klubundan ən yaxşı məhz Emreli seçilib.
Son xəbərlər
Son Xəbərlər