Xorvatiya millisi yenə qələbəyə həsrət qaldı

xorvatiya-millisi-yene-qelebeye-hesret-qaldi
Oxunma sayı: 1616

Futbol üzrə Avropa çempionatı (AÇ-2020) davam edir.

"Qafqazinfo" xəbər verir ki, günün ikinci matçında D qrupunda qərarlaşan Çexiya və Xorvatiya milliləri üz-üzə gəlib. İlk oyunda İngiltərə millisinə uduzan Xorvatiya yığması, bu oyunda da qələbə üzünə həsrət qalıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. İlk oyunda Şotlandiya üzərinə qələbə qazanan çexlər xallarının sayını 4-ə çatdırıb.

Qeyd edək ki, günün son matçında D qrupunda yer alan İngiltərə və Şotlandiya milliləri üz-üzə gələcək.

Xatırladaq ki, iki turdan sonra İtaliya, Belçika və Niderland yığmaları artıq 1/8 finala vəsiqə qazanıb.

AÇ-2020
18 iyun

D qrupu

Xorvatiya – Çexiya 1:1
Qol: İ.Perişiç, 47 – P.Şik, 37-pen.
Baş hakim: Karlos del Serro Qrande (İspaniya).
Qlazqo. “Hampden Park” stadionu.