"Qafqazinfo" xəbər verir ki, aktivində 4 xalı olan Meksika, 3 xala sahib Xorvatiya millisi ilə qarşılaşır. Komandaların hər ikisi bu matçı qələbə ilə başa vurmaq niyyətindədir. Meksikaya növbəti tura adlamaq üçün 1 xal da kifayət edir. Lakin Xorvatiya nəyin bahasına olursa-olsun, qələbə qazanmalıdır. Əks halda avropalılar mundialla vidalaşacaqlar. Komandaların start heyəti belədir:
Xorvatiya: Pletikosa, Vrsalko, Praniç, Perisiç, Qorluka, Lovren, Rakitiç, Modriç, Srna, Mancukiç, Oliç
Meksika: Ochoa, Rodriqes, Marques, Herrera, Layun, Santos, Moreno, Quadrado, Peralta, Aqular, Vaskues
Görüşü Özbəkistandan olan hakim Rövşən Irmatov idarə edir.
***
Xorvatiya Meksika matçının birinci 45 dəqiqəsi qolsuz bərabərliklə tamamlandı.
***
65 dəqiqənin tamamında qolsuz heç-heçə davam edir.Bu hesab Xorvatiyanı qrupda saxlayır. Meksika isə II yerin sahibi kimi play-offa adlayır.
***
72-ci dəqiqədə Markez Meksikanı hesabda önə keçirən qolu vurdu.
***
75-ci dəqiqədə Andres Quardado komandasının hesabda üstünlüyünü 2 topa çatdırır. 2-0
***
82-ci dəqiqədə fərqlənən futbolçu "Mqançester Yunayted"in üzvü Xaviyer Hernandez olur. Bu nəticə Meksikanı tam olaraq play-offa çıxarır.
***
87-ci dəqiqədə İvan Perişiç Xorvatiyanın təsəlli qoluna imza atır.
Beləliklə, Xorvatiya Meksikaya3-1 hesabı ilə uduzaraq çempionatdakı çıxışını dayandırıb.
İqbal
Son xəbərlər
Son Xəbərlər