Xorvatiya Rusiyadan üzr istədi - Onu millidən qovdu

xorvatiya-rusiyadan-uzr-istedi
Oxunma sayı: 5683

Rusiya ilə oyundan sonra Xorvatiya yığmasının üzvü Domaqoy Vidanın sosial şəbəkə hesabından paylaşdığı videoya görə qalmaqal baş vermişdi.

“Qafqazinfo” xəbər verir ki, videoda Vida və millinin texniki heyətində çalışan Oqnyen Vukoyeviçin “Slava Ukrayna” ifadəsini işlətməsi Rusiya xalqını qəzəbləndirib.

Məsələ ilə bağlı FİFA Xorvatiya Futbol Federasiyasına şifahi xəbərdarlıq verib. Federasiya da öz növbəsində Rusiya xalqından üzr istəyib, Vukoyeviçi isə millidəki vəzifəsindən qovub.