“Xorvatiya Türkiyәdәn güclü idi” - Millimizin xorvat baş məşqçisi

xorvatiya-turkiydn-guclu-idi-
Oxunma sayı: 1415

AÇ-2016-nın D qrupunda qərarlaşan Xorvatiya və Türkiyə yığmaları üz-üzə gəlib. Matç xorvatların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra milli komandamızın xorvatiyalı baş məşqçisi Robert Prosineçki matçla bağlı fikirlərini bildirib:

“Xorvatiya güclü olduğunu nümayiş etdirdi. Daha böyük hesablı qələbə qazanmaq mümkün idi. Amma şansları dəyərləndirmədik. Qrupdan çıxmaq üçün yaxşı şansımız var. Türkiyə üçün heç nə başa çatmayıb. Onların heyətində Arda Turan və Hakan Çalhanoğlu kimi güclü futbolçular var”.