“Xorvatiya üçün böyük uğurdur” - Vrsalko

xorvatiya-ucun-boyuk-ugurdur
Oxunma sayı: 2252

Xorvatiya yığmasının müdafiəçisi Şime Vrsalko dünya çempionatının finalında Fransaya uduzduqları oyundan danışıb.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli futbolçu gümüş medalların Xorvatiya xalqı üçün böyük uğur olduğunu bildirib:

“Əlimizdən gələn hər şeyi etdik. Oynadıq və mübarizə apardıq. Amma uduzduq. Fikrimcə, biz xoşbəxt olmalıyıq. Çünki tarix qazandığımız bu qələbəni heç vaxt unutmayacaq. Xorvatiya xalqı üçün böyük uğurdur”.