Xorvatiya yenə qələbə qazana bilmədi - Yenilənib

xorvatiya-yene-qelebe-qazana-bilmedi
Oxunma sayı: 5776

Bu gün Avropa Çempionatının qrup mərhələsinin ikinci turuna start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ikinci turun ilk oyununda Albaniya və Xorvatiya milliləri üz-üzə gələcək.

Qarşılaşmanın start fiti saat 17:00-da veriləcək.

Xorvatiya - Albaniya

17:00

***

Matç başladı.

***

Matçın 11-ci dəqiqəsində Laçi fərqlənir. Albaniya hesabı açır: 1-0

***

Xorvatiya hesabı bərabərləşdirir. 74-cü dəqiqədə Andrey Kramariç fərqlənir. Hesab: 1-1

***

Xorvatiya hesabda önə keçir. Qyasula 76-cı dəqiqədə öz qapısına qol vurur. Hesab: 2-1

***

Qyasula 90+5-də fərqlənərək bərabərlik gətirir. Hesab: 2-2

***

Matç bitdi.