Xorvatiyanın paytaxtı Zaqrebdə səmadan naməlum obyekt düşüb, ardınca partlayış səsləri eşidilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Večernji list” yayıb.
İnsident Yarun adlı bölgədə baş verib və həmin ərazidə çuxur, bir qədər aralıda isə iki paraşüt aşkar olunub.
Yerli KİV-in məlumatına görə, düşən naməlum obyekt PUA-dır və ilkin ehtimallara əsasən, bu, Tu-141 “Strij” təyyarəsi olub.
Xorvatiya Prezidenti Zoran Milanoviç bildirib ki, PUA Ukrayna ərazisindən havaya buraxılıb, daha sonra Xorvatiyanın hava məkanına Macarıstandan daxil olub.
Son xəbərlər
Son Xəbərlər